AZ

Terror siyahısına salınan tələbə qız 5 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

Rusiya Maarifçilik Universitetinin tələbəsi Polina Kostikova 5 il müddətinə həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Moskva Ostankino Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Rusiya Maarifçilik Universitetinin tələbəsi Polina Kostikova hərbi məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, Rusiyada qadağan olunmuş Rusiya Könüllülər Korpusu (RDK) terror təşkilatına tibb işçisi kimi qoşulmağa cəhd etməkdə təqsirli bilinib.

Qeyd edək ki, daha əvvəl Kostikova gəncləri RDK-ya cəlb etməkdə ittiham olunaraq həbs edilmişdi.

İttiham olunan şəxs artıq Rusiyada terrorçular siyahısına daxil edilib.

Məhkəmənin qərarı ilə tələbə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
28
interpress.az

1Mənbələr