Misli Premyer Liqasında sonuncu - 33-cü turun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.
"Turan Tovuz" "Sabah"la qarşılaşıb. Oyunda "Sabah" 2:1 hesablı qələbə qazanıb.
Digər görüşdə isə "Sumqayıt" "Qarabağ"ı qəbul edir.
Xatırladaq ki, sözügedən komandalardan "Sabah" çempionluğu, "Qarabağ" 2-ci, "Turan Tovuz" isə 3-cü yeri təmin edib. 7-ci pillədə qərarlaşan "Sumqayıt" isə ən yaxşı halda 6-cı ola bilər. Bunun üçün "Sumqayıt" "Qarabağ"a qalib gəməli, sabah keçiriləcək "Araz-Naxçıvan" - "Zirə" matçında isə meydan sahibləri uduzmalıdır.
22 may (cümə)
19:30. "Sumqayıt" – "Qarabağ" - 0:2 (Birinci hissə)
Qollar: Ramil Şeydayev, 3, Emmanuel Addai, 21
Baş hakim: Elvin Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. "Turan Tovuz" – "Sabah" - 1:2
Qollar: Aron Maluda, 15 (1:0), Xəyal Əliyev, 64 (2:0), Ayxan Hüseynov, 86 (1:2)
Baş hakim: Rauf Cabarov
"Bank Respublika Arena"
21 may (cümə axşamı)
“Qəbələ” – “Şamaxı” - 3:1
23 may (şənbə)
15:00. “Kəpəz” – “Neftçi”
19:00. “Araz-Naxçıvan” – “Zirə”
24 may (bazar)
16:00. “İmişli” – “Karvan Yevlax”

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 19 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Joarlem Santos ("Turan Tovuz") - 10 qol
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 9 qol
Aleksandr Ramalinqom ("Sumqayıt") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Leandro Andrade ("Qarabağ") - 9 qol