AZ

Yaşıl enerji dəhlizi layihəsi ilə bağlı mühüm razılıq əldə olundu

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizi layihəsinin sürətləndirilməsi üzrə Yol Xəritəsinin hazırlanmasına dair razılıq əldə olunub.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

 

"İstanbulda "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" üzrə nazirlərin 3-cü iclasını keçirdik. Layihənin icrasını sürətləndirəcək tədbirləri əhatə edən Yol Xəritəsinin hazırlanması barədə razılığa gəldik. Bu layihə ölkələrimiz arasında enerji tərəfdaşlığının yaşıl enerji bağlantıları əsasında yeni mərhələdə inkişafına mühüm töhfə verəcək", - paylaşımda qeyd edilib.

Seçilən
0
1
day.az

2Mənbələr