ABŞ Ukrayna ilə bağlı danışıqlar prosesində iştirakını dayandırdığını açıqlayıb.
Musavat.com xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun yalnız prosesin dinamikası dəyişəcəyi halda yenidən danışıqlara qayıda biləcəyini bildirib.
Rubionun sözlərinə görə, ABŞ həm Rusiya, həm də Ukrayna tərəfinin danışmağa hazır olduğu yeganə tərəf olub və məhz buna görə prosesə qoşulub.
O qeyd edib ki, aparılan danışıqlar gözlənilən nəticəni verməyib.
ABŞ dövlət katibi həmçinin əgər bu prosesi başqa biri üzərinə götürmək istəyirsə, buyursun ifadəsini işlədib.
Musavat.com