AZ

Arbeloa "Real"dan ayrılacağını açıqladı

“Real”ın baş məşqçisi Alvaro Arbeloa mövsümün son oyunu öncəsi təşkil olunan mətbuat konfransında klubdan ayrılacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İspaniyalı mütəxəssis “Kral klubu”na minnətdar olduğunu bildirib: “Futbolçular məni daha yaxşı məşqçiyə çevirdilər və hər gündən zövq almağa vadar etdilər. “Real”dan böyük minnətdarlıq hissi ilə ayrılıram”.

Qeyd edək ki, İspaniya mətbuatının yaydığı məlumata görə, “Real”ın yeni baş məşqçisi Joze Mourinyo olacaq. Portuqaliyalı mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə Madrid klubunu çalışdırıb.

Seçilən
3
6
unikal.az

7Mənbələr