AZ

“Qəbələ”nin pley-off oyunundakı rəqibi bəlli olub

Bakı, 22 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan I Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sonuncu – XXVII turun mərkəzi oyununda "Mingəçevir" "Səbail"i qəbul edib. Rəqibinə 4:1 hesabı ilə qalib gələn bölgə təmsilçisi mövsümü 51 xalla turnir cədvəlinin 2-ci pilləsində başa vurub.

Beləliklə, “Mingəçevir” Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununda iştirak hüququ qazanıb. Komanda elitaya yüksəlmək üçün Premyer Liqanı 11-cı sırada tamamlayan “Qəbələ” ilə qaşılaşacaq.

Qeyd edək ki, I Liqada çempion olan “Şəfa” Azərbaycan Premyer Liqasına birbaşa vəsiqə qazanıb.

Seçilən
16
2
azertag.az

3Mənbələr