Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı-Tbilisi-Bakı qatarı ilə səyahət edəcək azyaşlı sərnişinlər üçün gediş haqqı açıqlanıb.
Milli.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları"nın yaydığı məlumata əsasən, ADY-nin Bakı-Tbilisi-Bakı qatarında
- 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz,
- 5-10 yaş arası uşaqlar isə səyahət sinifi, alış tarixi və mövsümdən asılı olaraq 50%-dək endirimlə səfər edə bilərlər.Əsas qaydalar aşağıdakı kimidir:
- 5 yaşadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmiləşdirilməlidir.
- Uşaqla səyahət etibarlılıq müddəti olan pasportun əsasında aparılır. Uşaq 1 valideynlə səyahət edirsə, digər valideynin və ya digər böyüklə (valideynsiz) səyahət edirsə, hər 2 valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi təqdim olunmalıdır.Biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə edə bilərsiniz.Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.