AZ

Britaniya Aİ-yə qayıdır? - SORĞU

Böyük Britaniyada ölkənin yenidən Avropa İttifaqına (Aİ) daxil olması barədə müzakirələr aktivləşib.

Musavat.com xəbər verir ki, "YouGov" şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, britaniyalıların 55%-i Aİ ilə yenidən birləşməyin tərəfdarıdır.

Krallığın sabiq səhiyyə naziri və baş nazir vəzifəsinə potensial namizəd Ues Striting "Brexit"i (Böyük Britaniyanın Aİ-dən çıxmasını) "fəlakətli bir səhv" adlandırıb.

O, "günün birində Britaniyanın mütləq Avropa İttifaqına geri dönəcəyinə" dair əminliyini ifadə edib.

Ekspertlərin fikrincə, Britaniya mediasında və siyasi dairələrində "anti-Brexit" mövzusunun yenidən gündəmə gətirilməsi ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin daha da artması ilə nəticələnə bilər.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr