AZ

Saçlarına görə Trampa bənzədilən qurbanlıq camış gündəm oldu - FOTO

Qurban bayramı üçün alınan albinos camış saçlarının rənginə görə ABŞ Prezidenti Donald Trampa bənzədilib.
 
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, Banqladeşdə “Donald Tramp” ləqəbli Buffalo qısa zamanda gündəm olub.
 
Heyvanın gündə 4 dəfə yuyulduğu və xüsusi qulluq edildiyi bildirilib. Ferma sahibi “Donald Tramp” ləqəbli camışın Qurban bayramı çərçivəsində kəsiləcəyini açıqlayıb. 
Rəsmilər bildirdilər ki, albinos camışları olduqca nadirdir. 
 
Paytaxt Dəkkə yaxınlığındakı Narayanqancda yaşayan fermer Zia Uddin Mridha xüsusilə 700 kiloqramlıq camışın tüklərinin böyük diqqət çəkdiyini bildirib. 
 
Mridha insanların sosial şəbəkələrdə gördükləri camışla şəkil çəkdirmək üçün fermaya axın etdiyini deyib. 
 
"Mən onun üçün darıxacağam, amma Qurban bayramının ruhu qurban kəsməkdən ibarətdir",- deyə Mridha bildirib.
 
Billurə
Seçilən
11
2
azreform.info

3Mənbələr