ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan qüsursuz təşkil olunmuş və çoxsaylı xarici iştirakçının qatıldığı uğurlu forum keçirib.
Bunu AZƏRTAC-a Mavritaniyada regional idarəetmə və dövlət administrasiyası sahəsində rəhbər vəzifələrdə fəaliyyəti ilə tanınan Şeyx Abdallahi Evah bildirib.
Şeyx Abdallahinin sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək müxtəlif ölkələrin nümayəndələri ilə ünsiyyət qurmaq, dövlət idarəçiliyi və beynəlxalq əməkdaşlıq sahəsində təcrübə mübadiləsi aparmaq baxımından onun üçün dəyərli peşəkar təcrübə olub.
Agentliyin həmsöhbəti səmimi qarşılanmaya, xoş münasibətə və forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib. O qeyd edib ki, belə hazırlıq səviyyəsi iştirakçılar arasında konstruktiv iş mühiti və səmərəli dialoq üçün əlverişli şərait yaradır.
Ekspertin qiymətləndirməsinə görə, forum həm məzmun, həm də təşkilati baxımdan uğurla keçib, faydalı müzakirələr və təcrübə mübadiləsi üçün geniş imkanlar yaradıb. O, sonda bu mühüm beynəlxalq forumun yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan xalqına, hökumətinə və təşkilatçılara təşəkkür edib.
Müxbir – Tamilla Məmmədova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.