Misli Premyer Liqasında sonuncu - 33-cü turun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Əvvəlcə "Turan Tovuz" "Sabah"la qarşılaşacaq. Digər görüşdə isə "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək.
Xatırladaq ki, sözügedən komandalardan "Sabah" çempionluğu, "Qarabağ" 2-ci, "Turan Tovuz" isə 3-cü yeri təmin edib. 7-ci pillədə qərarlaşan "Sumqayıt" isə ən yaxşı halda 6-cı ola bilər. Bunun üçün "Sumqayıt" "Qarabağ"a qalib gəməli, sabah keçiriləcək "Araz-Naxçıvan" - "Zirə" matçında isə meydan sahibləri uduzmalıdır.
22 may (cümə)
17:00. "Turan Tovuz" – "Sabah" - 0:1 (Fasilə)
Qol: Aron Maluda, 15
Baş hakim: Rauf Cabarov
"Bank Respublika Arena"
19:30. "Sumqayıt" – "Qarabağ"
Baş hakim: Elvin Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
21 may (cümə axşamı)
“Qəbələ” – “Şamaxı” - 3:1
23 may (şənbə)
15:00. “Kəpəz” – “Neftçi”
19:00. “Araz-Naxçıvan” – “Zirə”
24 may (bazar)
16:00. “İmişli” – “Karvan Yevlax”

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 19 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Joarlem Santos ("Turan Tovuz") - 10 qol
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 9 qol
Aleksandr Ramalinqom ("Sumqayıt") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Leandro Andrade ("Qarabağ") - 9 qol