"WUF13-də Azərbaycan xalqının həvəsli iştirakını görmək bizi çox sevindirdi".
APA xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində Meksika hökumətinin beynəlxalq işlər üzrə koordinatoru Rosdio Lomberо Qonzales deyib.
O, Meksika hökuməti, nümayəndə heyəti adından Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkilinə görə Azərbaycan xalqına və hökumətinə təbriklərini çatdırıb.
Rosdio Lomberо Qonzales, WUF13-ün pavilyonlarından danışaraq qeyd edib ki, ailələr, gənclər, uşaqlar bu məkanları gəzərək onları yaşayıb, hiss ediblər.
O, sonda “Çox sağ ol, Azərbaycan” deyərək təşəkkürünü ifadə edib.