Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Etihad"ın şimal tribunası Qvardiolanın adını daşıyacaq
“Mançester Siti” klubunun “Etihad” stadionundakı şimal tribunası mövsümün sonunda komandanı tərk edəcək baş məşqçisi Xosep Qvardiolanın adını daşıyacaq.
QOL.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, şimal tribunası ilk dəfə mayın 24-də “Aston Villa”ya qarşı keçiriləcək mövsümün son matçında tam istifadəyə veriləcək. Həmin görüş Qvardiolanın “Mançester Siti”dəki son oyunu olacaq.
Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırırdı. O, klubla birlikdə 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə İngiltərə Kubokunun, 5 dəfə Liqa Kubokunun və 3 dəfə İngiltərə Superkubokunun qalibi olub.
Bundan başqa, “şəhərlilər” Qvardiolanın rəhbərliyi altında UEFA Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatını da qazanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.