Səkkizqat “Qızıl top” sahibi, “İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi milyarder olub. Bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, 38 yaşlı argentinalı idmançı 2007-ci ildən bəri maaş və müxtəlif bonuslar daxil olmaqla 700 milyon dollar qazanıb və onun sərvəti 1 milyard dolları keçib. Messi “Bloomberg”in milyarderlər indeksinə daxil edilən ikinci futbolçudur.
Qeyd edək ki, Messi 2023-cü ildən “İnter Mayami”də oynayır.
Lionel Messi futbol tarixinin ən titullu oyunçusudur — onun aktivində 46 trofey var. May ayının ortalarında “The Times”ın milyarderlər siyahısına İngiltərə millisinin sabiq kapitanı David Bekham da daxil edilmişdi. “Forbes”ın son milyarderlər siyahısında isə idmançılar arasında Maykl Cordan (4,3 milyard dollar), Mecik Conson Johnson (1,6 milyard dollar), Lebron Ceyms (1,4 milyard dollar), Tayqer Vuds (1,5 milyard dollar) və Roger Federer (1,1 milyard dollar) yer alıb.