ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov yeni vəzifəyə təyin olunub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bundan sonra o, öz fəaliyyətini Dövlət Pantomima Teatrının yaradıcı işlər üzrə direktor müavini olaraq davam etdirəcək.
Qeyd edək ki, Ceyhun Dadaşov Pantomima teatrında 2000-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində çox sayda tamaşalara aktyor və rejissor olaraq öz imzasını atıb. Bundan başqa bir-birinin ardınca ölkə və ölkə xaricində ustad dərsləri verib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.