AZ

"Bakıda qurulan əlaqələr forumdan sonra da davam edəcək"-

Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) xarici iştirakçılar tərəfindən yüksək qiymətləndirilir. Forum iştirakçılarından olan İtaliyanın "Foster Partners" şirkətinin London ofisində çalışan Baş Ətraf Mühit Qrupu koordinatoru Anastasia Joppe tədbirlə bağlı təəssüratlarını Mətbuat.az-a bölüşüb. O bildirib ki, bu cür beynəlxalq forumda ilk dəfə iştirak edir və ilk təcrübəsi olduqca müsbətdir:“Forumdan həqiqətən zövq alıram. Bu, mənim belə bir tədbirdə ilk iştirakımdır və müqayisə etmək üçün çox təcrübəm yoxdur. Amma ilk təəssüratlarım çox müsbətdir”.Anastasia Joppe forumun təşkilatçılığını xüsusi vurğulayaraq "Urban Expo" hissəsinin xüsusilə maraqlı olduğunu qeyd edib:“Təşkilatçılıq məni çox təsirləndirdi. "Urban Expo" olduqca maraqlı təşkil olunub. Forumun məhz Bakıda keçirilməsi də çox sevindiricidir. Bakı möhtəşəm şəhərdir”.O, Bakıya ikinci dəfə səfər etdiyini və şəhərlə bağlı müsbət fikirlərini bölüşüb:“Bu, mənim Bakıya ikinci səfərimdir. Burada olmağı çox sevirəm. İnsanlar çox qonaqpərvərdir, yeməklər fantastikdir və şəhər həqiqətən çox gözəl görünür”.WUF13-ün əsas məqsədlərinə çatıb-çatmadığı ilə bağlı suala cavabında isə Anastasia Joppe forumların əsas rolunun dialoq və əməkdaşlıq üçün platforma yaratmaq olduğunu vurğulayıb:“Belə forumların əsas məqsədi vacib müzakirələrə başlamaq və onları inkişaf etdirməkdir. Tədbir hələ davam etdiyi üçün konkret nəticələr barədə danışmaq bir qədər tezdir. Amma artıq aydındır ki, forum dialoq, fikir mübadiləsi və əməkdaşlıq üçün çox dəyərli platforma yaradıb”.O əlavə edib ki, forum çərçivəsində qurulan əlaqələrin və müzakirələrin gələcəkdə də davam edəcəyinə inanır:“Əminəm ki, burada qurulan əlaqələr və aparılan müzakirələr forumdan sonra da davam edəcək və gələcəkdə mühüm nəticələr ortaya çıxacaq”.

Gülbəniz Hüseynli / Mətbuat.az

Seçilən
5
metbuat.az

1Mənbələr