AZ

Bölgə klubu azərbaycanlı futbolçudan məmnundur –  “Sabah” razı olacaq?

“Şamaxı” icarə əsasında komandada çıxış edən futbolçunu heyətdə saxlamaq istəyir.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Abdulla Rzayevdən gedir. Müqavilə ilə “Sabah”a məxsus olan futbolçu paytaxt təmsilçisinə geri dönəcək.

“Şamaxı”rəhbərliyi isə ondan məmnundur. Rzayevlə davam etmək istədiklərini müdafiəçinin özünə də bildiriblər.

Ancaq bunun üçün əvvəlcə “Sabah”ı razı salmaq lazımdır. Əgər “bayquşlar” “şirlər”in istəyinə müsbət cavab versə, daha sonra oyunçu ilə anlaşılacaq.

Xatırladaq ki, Abdulla Rzayev cari mövsüm Premyer Liqada 20 oyun keçirib, bir qol vurub, üç assist edib. O, mövsümün ilk yarısını “Turan Tovuz”da, ikinci yarısını isə “Sabah”da keçirib.

Seçilən
5
idmanxeber.az

1Mənbələr