AZ

Bir həftəlik qlobal müzakirələrin sonu: WUF13-ün bağlanış mərasimi keçirilir – CANLI

Xəbər verdiyimiz kimi, bu gün Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, mərasimdə Azərbaycan hökumətinin rəsmiləri, BMT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrdən gəlmiş nümayəndə heyətləri, eləcə də şəhərsalma və urbanistika sahəsində ekspertlər iştirak edirlər.

Xatırladaq ki, mayın 17-dən etibarən Bakıda keçirilən WUF13 çərçivəsində yüzlərlə sessiya, panel müzakirəsi, sərgi və digər yan tədbirlər təşkil olunub.

Forum şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya sahələrində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri hesab olunur.

Qeyd edək ki, hazırda forumun bağlanış mərasimi konsert proqramı ilə davam edir və tədbir iştirakçılarına musiqili anlar təqdim olunur.

Seçilən
1
5
cebheinfo.az

7Mənbələr