AZ

Tanınmış baş məşqçi klubunu dəyişməyə razılaşdı - 3,5 milyon avro maaş alacaq

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri yaxınlarda klubu ilə yollarını ayıra bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcının yeni ünvanı böyük ehtimalla, “Atalanta” olacaq.

Tərəflər arasında aparılan danışıqların artıq yekun mərhələyə çatdığı bildirilir.

Sarri ilə imzalanacaq müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Məşqçinin illik maaşının isə 3,5 milyon avro olacağı qeyd edilir.

“Atalanta” hazırda İtaliya A Seriyasında 58 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Berqamo təmsilçisi mayın 22-də səfərdə “Fiorentina” ilə qarşılaşacaq.

Seçilən
36
sportinfo.az

1Mənbələr