AZ

“Əl Ərəbiyyə”: ABŞ və İran arasında mümkün saziş layihəsi yaxın saatlarda dərc olunacaq

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və İran arasında pakistanlı vasitəçilərin iştirakı ilə hazırlanan mümkün saziş layihəsi yaxın saatlarda dərc olunacaq.

“Əl Ərəbiyyə”nin xəbərinə görə, saziş layihəsinin yaxın saatlarda yayımlanması gözlənilir.

Sənəddə “quru, dəniz və hava da daxil olmaqla bütün cəbhələrdə dərhal, hərtərəfli və qeyd-şərtsiz atəşkəs”, hərbi, mülki və ya iqtisadi infrastrukturu hədəf almamaq üçün qarşılıqlı öhdəlik, Oman körfəzində, Hörmüz boğazında və Fars körfəzində naviqasiya azadlığı, mübahisələrin həlli üçün birgə orqanın yaradılması, habelə İranın müqavilə şərtlərinə sadiq qalması müqabilində ABŞ sanksiyalarının tədricən ləğvi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
3
apa.az

4Mənbələr