AZ

Qvardiola "Mançester Siti"dən ayrılır - RƏSMİ

"Mançester Siti"də Pep Qvardiola dövrü başa çatır.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis mövsümün sonunda İngiltərə klubundan ayrılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

55 yaşlı çalışdırıcı "şəhərlilər"in baş məşqçisi kimi son oyununa mayın 24-də "Aston Villa" ilə matçda çıxacaq.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"yə rəhbərlik edib. O, komanda ilə 6 dəfə İngiltərə Premyer Liqasının 3 dəfə İngiltərə Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, 5 dəfə Liqa Kubokunu, 1 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

saytlarin hazirlanmasi

Seçilən
13
sportal.az

1Mənbələr