AZ

Xaricdə oxumaq istədiyiniz universitetin akkreditasiyasını necə yoxlaya bilərsiniz?

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xaricdə təhsil almaq istəyənləri ən çox düşündürən məsələlərdən biri seçilən universitetin rəsmi şəkildə tanınıb-tanınmaması və akkreditasiyadan keçib-keçməməsidir.

Redaktor.az xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, vətəndaşlar xarici ali təhsil müəssisəsinin institusional akkreditasiyasını ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri – Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsi vasitəsilə yoxlaya bilərlər.

Bunun üçün ENIC-NARIC şəbəkəsinin rəsmi platforması (www.enic-naric.net) üzərindən müvafiq ölkənin bölməsinə daxil olmaq kifayətdir. Həmin bölmədə ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısı yerləşdirilir.

TKTA qeyd edib ki, universitet seçərkən ali təhsil müəssisəsinin institusional akkreditasiyasına və dövlət tərəfindən tanınıb-tanınmamasına xüsusi diqqət yetirilməlidir.

Bundan əlavə, Agentliyə edilən müraciətlər əsasında müəyyənləşdirilən tanınmayan və ən çox imtina alan universitetlərin siyahısı ilə də tanış olmaq mümkündür. Həmin məlumatlar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsində (tkta.edu.az) yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
redaktor.az

2Mənbələr