AZ

“Rosselxoznadzor”: Ermənistanın meyvə tərəvəz məhsullarının tədarükündə problemlər var

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Moskva, 22 may, AZƏRTAC

Rusiyanın “Rosselxoznadzor” xidməti təkcə Ermənistandan gələn gül məhsullarının deyil, həm də meyvə-tərəvəzin tədarükündə yaranan problemləri qeyd edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert “Rossiya-24” televiziya kanalında yayımlanan “Vesti” proqramında bildirib. O əlavə edib: “Məsələ ondadır ki, təkcə gül məhsulları ilə deyil, həm də tərəvəz və meyvələrlə bağlı problemlərimiz var”.

“Rosselxoznadzor”, həmçinin məhdudiyyətlərlə bağlı Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri Tiqran Petrosyana rəsmi məktub göndərildiyini bildirib. O, respublikanın səlahiyyətli orqanları ilə əməkdaşlığı davam etdirdiyini vurğulayıb.

Bundan əvvəl “Rosselxoznadzor” Ermənistandan gül idxalına 22 may 2026-cı il tarixindən etibarən müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu elan etmişdi. Qeyd olunub ki, Ermənistan tərəfinin verdiyi zəmanətlərə baxmayaraq, Avrasiya İqtisadi Birliyində qadağan olunmuş karantin obyektlərinin müəyyənləşdirilməsi davam edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azertag.az

2Mənbələr