AZ

Şəkidə tarixi qoruğun idarə olunmasında “ağıllı qoruq” yanaşması tətbiq ediləcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Şəkidə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “ağıllı qoruq” konsepsiyasının tətbiqi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş “Şəhərlərdə rəqəmsal transformasiya” adlı tədbirdə məlumat verib.

Onun sözlərinə görə, konsepsiya çərçivəsində turistlərin rahatlığının təmin olunması məqsədilə naviqasiya və məlumatlandırma sistemlərinin yaradılması planlaşdırılır.

“Eyni zamanda, qoruq ərazisində rəqəmsal bilet satışı sisteminin tətbiqi də nəzərdə tutulur. Bu yeniliklər ziyarətçilərin qoruğu daha rahat və səmərəli şəkildə ziyarət etməsinə imkan yaradacaq. Şəki şəhərinin zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər davam etdirilir. Tarixi irsin mühafizəsi üzrə həyata keçirilən layihələr həm konservasiya, həm də müasir idarəetmə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə direktor əlavə edib.

Müxbir-Vüqar Qurbanoğlu

Fotoqraf-İlqar Cəfərov

Operator-Vüsal Taqiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr