AZ

Sarika Panda Bat: Gələcəyin şəhərləri gənclər üçün daha dayanıqlı və davamlı olmalıdır

Bakı, 22 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) yüksək səviyyədə təşkil olunub. Bu tədbirdə iştirakçılar üçün bütün şərait yaradılıb. Burada xüsusilə gənclərin fəal iştirakını görmək çox xoş idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Hindistanın "Raaghari” fondunun həmtəsisçisi Sarika Panda Bat deyib.

O qeyd edib ki, şəhərlər barədə danışarkən əsasən gənclər diqqət mərkəzində saxlanılmalıdır.

“Düşünürəm ki, bu, çox əhəmiyyətli bir tədbirdir. Çünki biz gələcəyin şəhərlərini məhz onlar üçün qururuq. Ona görə də gələcəyin şəhərləri daha davamlı və dayanıqlı olmalı, gənclər üçün bütün şərait yaradılmalıdır.

Tədbir çərçivəsində keçirilən panel sessiyalar və müzakirələr isə fikir və təcrübə mübadiləsi aparmaq baxımından çox faydalıdır. Çünki burada dünyanın müxtəlif ölkələrindən təcrübəli mütəxəssislər bir araya gəliblər”, - deyə o qeyd edib.

Müxbir - Vüsalə Səfərova
Videooperator - Ələkbər Baxşiyev
Seçilən
62
1
azertag.az

2Mənbələr