AZ

Latviyada Bakı adlı yeni dahlia sortu çiçəyi yaradıldı FOTO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Latviyada tanınmış "dahlia" çiçəyi yetişdiricisi və kolleksiyaçısı Rita Qrin Azərbaycanın paytaxtının adını daşıyan yeni "Bakı" sortunu yetişdirib.Bizim.Media xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Bildirilib ki, yeni sort Latviya ilə Azərbaycan arasında 1994-cü il yanvarın 11-də qurulmuş diplomatik münasibətlərin şərəfinə, eləcə də iki ölkə arasında mədəniyyət və incəsənət sahələrindəki uğurlu əməkdaşlığın rəmzi olaraq bu adı alıb.

"Bakı" "dahlia"sının ləçəklərinin üst hissəsi tünd sarı, alt hissəsi isə bənövşəyi rəngdədir. Sortu kəsilmiş çiçək kimi istifadəyə əlverişlidir.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
bizim.media

5Mənbələr