ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 22 may, AZƏRTAC
Latın Amerikası və Karib hövzəsi regionunda mənzil problemləri yoxsulluq və sosial bərabərsizlik risklərini daha da dərinləşdirir.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları” adlı tədbirdə BMT-nin Latın Amerikası və Karib Hövzəsi üzrə İqtisadi Komissiyasının (ECLAC) iqtisadi məsələlər üzrə assosiativ əməkdaşı Fiona Littlejohn-Carrillo deyib.
O bildirib ki, iqlim dəyişiklikləri və təbii fəlakətlər region ölkələrinin mənzil sektoruna ciddi təsir göstərir.
“Baham adalarında baş verən “Dorian” qasırğası nəticəsində iki adada evlərin 43 faizi dağılıb və bu, minlərlə ailəyə ağır təsir göstərib.
Region yüksək urbanizasiya səviyyəsinə malik olsa da, sosial bərabərsizlik baxımından dünyada ən problemli bölgələrdən biri olaraq qalır. Qeyri-formal yaşayış məntəqələri, mənzil çatışmazlığı, şəhərləşmiş torpaqlara çıxış imkanlarının məhdudluğu və məkan ayrı-seçkiliyi insanların həyat keyfiyyətinə və şəhərlərin iqtisadi məhsuldarlığına mənfi təsir göstərir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.