ain.az, Sia Az portalına istinadən məlumat yayır.
“Münaqişə nəticəsində genişmiqyaslı dağıntılar baş verib, bir zamanlar çiçəklənən şəhər, qəsəbə və kəndlər viran qalıb. Ərazilərdəki dağıntılar və uçmuş tikililər şəhər həyatının məqsədli şəkildə məhv edilməsinin faciəvi nümunəsi kimi qiymətləndirilib. Eyni zamanda, yüz minlərlə insanın öz yurd-yuvasından didərgin düşdüyü vurğulanıb”.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndə Vanid Hacıyev Ağdam, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarında dayanıqlı yenidənqurma, yenidən məskunlaşma və inkişaf panel sessiyasında deyib.
V.Hacıyev bildirib ki, bölgələrdə uzun illər davam edən mina təhlükəsi hələ də əsas çağırış olaraq qalır. Bununla belə, minalardan təmizləmə işləri nəticəsində yaşayış üçün nəzərdə tutulan ərazilərdə təhlükəsizlik səviyyəsi artırılıb.
Azad edilmiş ərazilərdə Prezidentin müvafiq sərəncamı ilə “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Proqramın əsas məqsədi yalnız infrastrukturun bərpası deyil, həm də keçmiş məcburi köçkünlərin ləyaqətli və dayanıqlı şəkildə geri qayıtmasını təmin etməkdir.
Yenidənqurma prosesində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürülüb, layihələr “yaşıl”, “ağıllı şəhər” və müasir innovativ yanaşmalar əsasında həyata keçirilir.
Yeni salınan yaşayış məntəqələrində məktəblərə, səhiyyə xidmətlərinə və digər sosial infrastruktura çıxış təmin olunur. Məqsəd yalnız evlərin tikintisi deyil, həm də təhlükəsiz, dayanıqlı və müasir yaşayış mühitinin yaradılmasıdır.
Azad edilmiş ərazilərdə artıq yeni kəndlərin inşası həyata keçirilib və burada müasir ictimai xidmət mərkəzləri də istifadəyə verilib”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.