AZ

Baş nazir Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb

Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoqun dinamik inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.

Seçilən
19
32
yeniazerbaycan.com

10Mənbələr