CHP və onun liderlərinin hakimiyyətdə olduğu dövrlərdə Türkiyə Qərbdən daha çox asılı siyasət yürüdüb və müəyyən mənada ABŞ-ın bölgədə dayaq nöqtələrindən biri kimi çıxış edib. Əkrəm İmamoğlu və komandasının Türk dünyası və Azərbaycanla bağlı mövqeləri də birmənalı deyil.
Bu gün Türkiyənin regional və qlobal güc kimi irəliləməsi əsasən Recep Tayyip Erdoğanın həyata keçirdiyi siyasi kursun nəticəsidir.
Türkiyədə iqtisadi və sosial məsələlərə gəldikdə isə, türk cəmiyyətində narazılıqlar daima olub. AKP iqtidarı dövründə Türkiyə milli iqtisadiyyatı kifayət qədər inkişaf etdi. Ölkədə kənd təsərrüfatı və sənaye yüksəliş mərhələsinə qədəm qoydu. 2005-ci ildən əvvəlki Türkiyə isə, iqtisadi cəhətdən zəif bir ölkə olub.
Türkiyədə rəqabətli və liberal iqtisadi model fəaliyyət göstərir. Əhalinin sosial rifahı və iqtisadi göstəricilər bir çox regional ölkələrlə müqayisədə daha yüksəkdir.
Əkrəm İmamoğlu İstanbul meri seçilsə də, onun əsas hədəfinin şəhər idarəçiliyindən daha çox siyasi və maliyyə imkanlarını genişləndirərək hakimiyyətə gəlmək planına malik idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31