Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olan “ABB-İnvest İnvestisiya Şirkəti” QSC (ABB Invest) ölkənin kapital bazarı sektorunda idarəetmə sisteminin qismən “agile” yanaşmaya keçirdiyini elan etdi. Bu addımla ABB Invest yerli bazarda müştəri yönümlü fəaliyyətinin “agile” prinsipləri üzərində quran ilk investisiya şirkəti oldu.

Yeni struktur müştərilərə xidmət proseslərində qərar vermə mexanizmlərini optimallaşdırmağa, idarəetmədə çevikliyini maksimuma çatdırmağa və nəticə etibarı ilə müştəri məmnuniyyətini operativ təmin etməyə xidmət edir.
Transformasiya çərçivəsində yaradılan Rəqəmsal investisiya sahəsi (Digital Investment Tribe) investorlara ABB mobil tətbiqi vasitəsilə maliyyə bazarlarına asan və operativ çıxış yaradır. "Scrum" çərçivəsi və qısa inkişaf dövrləri (“sprint”-lər) ilə işləyən komandalar sayəsində sistem yenilikləri aylarla gözlənilmir, yeni funksiyalar qısa fasilələrlə və davamlı olaraq investorların istifadəsinə verilir.
Yeniliklər təkcə rəqəmsal məhsulların yaradılması və sınaqdan keçirilməsini deyil, eləcə də xidmət proseslərini da əhatə edir. Fəaliyyətlərini “sprint”-lər əsasında planlaşdıran xidmət komandası bazarın dinamikasına və investorların fərqli ehtiyaclarına çevik və operativ adaptasiya olmaq imkanı qazanır.
Bu transformasiyanın birbaşa müştəri təcrübəsinin təkmilləşdirilməsinə yönəldiyini vurğulayan ABB Invest-in İcraçı direktoru Nadir Babazadə qeyd edib:
"Bizim üçün “agile” yanaşmaya keçid sadəcə idarəetmənin dəyişməsi deyil, biznes fəlsəfəmizin və müştəriyə yanaşmamızın yenilənməsidir. Yaratdığımız Rəqəmsal investisiya sahəsi sayəsində rəqəmsal investisiya xidmətlərində fərqli bir standart formalaşdırmağı planlaşdırırıq. Hədəfimiz investorlarımıza sürətli və innovativ investisiya xidmətləri təklif etməkdir."
Əlaqə üçün: *3773, +99 50 268 33 99 E-poçt: [email protected] Veb-sayt: www.abbinvest.az Ünvan: Bakı şəhəri, C. Cabbarlı küçəsi 40C
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.