Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
2026-cı ilin yanvar-aprel aylarində Azərbaycana 14 milyon 567 min ABŞ dolları dəyərində 8 min 105 ton süd və qaymaq idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki,2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən süd və qaymağın miqdarı 37,8%, dəyəri isə 54,9%-ə yüksəlib.
2025-ci ilin ilk dörd ayında ölkəyə 9 milyon 402 min dollar dəyərində 5 min 880 ton süd və qaymaq gətirilib.
Qeyd edək ki, hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,26%-ni təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.