AZ

Namibiya 2027-ci ilə qədər “ağıllı şəhər” modelinə keçəcək

Bakı, 22 may, AZƏRTAC

Namibiyada yerli idarəetmə orqanları tərəfindən rəqəmsal keçidlə bağlı mühüm qərarlar qəbul edilib və 2027-ci ilə qədər “ağıllı şəhər” modelinə keçidin təmin edilməsi hədəflənib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Vindhuk şəhərinin meri Sakarias Uunona Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Təcrübədə sadə keçidlər: Qeyri-rəsmi və böhran üçün rəqəmsal alətlərin birgə yaradılması” adlı tədbirdə deyib.

O bildirib ki, bu strateji plan qlobal qurumların dəstəyi ilə icra olunur: “Bu plan BMT-Habitat və bir sıra tərəfdaş şəhərlərlə əməkdaşlıq çərçivəsində hazırlanıb. Hazırda yerli idarəetmə şura üzvləri tərəfindən həyata keçirilir. İcra prosesində əsas çağırış bacarıq və səriştə məsələsidir. Bu boşluğu aradan qaldırmaq üçün yerli kadrların gücləndirilməsi və beynəlxalq mütəxəssislərin cəlb olunması nəzərdə tutulur”.

Müxbir - Aynur Əlixanlı

Seçilən
28
2
azertag.az

3Mənbələr