AZ

Pentaqondan etiraf: İrana hücum zamanı əsas yükü ABŞ çəkib

Pentaqonun qiymətləndirmələrinə görə, İranın hücumları zamanı İsrailin müdafiəsində əsas yükü ABŞ üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusu İranın ballistik raket hücumlarını dəf etmək üçün İsraildən daha çox inkişaf etmiş raketdən müdafiə sistemləri xərcləyib.

Məlumata görə, ABŞ İsraili müdafiə etmək üçün 200-dən çox THAAD tutucu raket yerləşdirib. Bu rəqəm Pentaqonun inventarının təxminən yarısını təşkil edir.

Bundan əlavə, Şərqi Aralıq dənizində ABŞ hərbi gəmilərindən 100-dən çox SM-3 və SM-6 raketinin atıldığı bildirilib. Bu isə ölkənin qlobal hərbi hazırlığı ilə bağlı narahatlıqları artırıb.

Seçilən
22
publika.az

1Mənbələr