Bakı, 22 may, AZƏRTAC
Bizim digər vacib məsuliyyətimiz əldə etdiyimiz bilikləri paylaşmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avstraliyanın RMIT Universitetinin şəhər siyasəti üzrə professoru Jaqo Dodson Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İnklüziv və ədalətli şəhər keçidlərində gənclərin rolu” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, biliklərin paylaşılması adətən elmi məqalələr və araşdırmalar vasitəsilə həyata keçirilir: “Amma düşünürəm ki, akademiyanın zəif tərəflərindən biri məlumatların daha çox elmi dairələrdə paylaşılmasıdır. Mən isə siyasət və praktika ilə çox məşğul olduğum üçün araşdırmalarımı həm də adıçəkilən sahələrdə paylaşmağa çalışıram".
Müxbir - Cavid Əliyev