"Azərbaycan Gürcüstanın, xüsusən energetika sahəsində strateji iqtisadi tərəfdaşıdır".
Leqal.info xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili "İmedi" telekanalına müsahibəsində deyib.
O, Baş nazir İrakli Kobaxidzenin Azərbayacana səfəri çərçivəsində tarixi sazişlər paketinin imzalandığını vurğulayıb.
"Sazişlər energetika və nəqliyyat sektorlarını əhatə edir. Sənədlərin imzalanması üçün aylarla davam edən olduqca mürəkkəb və vacib danışıqlar aparıldı. Əlbəttə ki, bu danışıqlarda vacib rolu Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri və onun "Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvili ilə görüşü oynayıb”, - nazir əlavə edib.
Kvrivişvilinin sözlərinə əsasən, Bakıda imzalanan sazişlər Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, əldə olunmuş razılıqlar Gürcüstanla Azərbaycan arasında nə qədər mehriban qonşuluq və dostluq münasibətlərinin olduğunu bir daha əyani şəkildə nümayiş etdirib.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta