ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 22 may, AZƏRTAC
Bir çox şəhərlərdə idarəetmə strukturları tam formalaşmayıb. Bu baxımdan icmaların potensialından istifadə etmək lazımdır. İştirakçı və inklüziv planlaşdırma vasitəsilə kiçik miqyaslı strategiyalar tətbiq oluna bilər ki, bu da zamanla böyük nəticələr verər.
AZƏRTAC xəbər verir ki, bunu Anqola Memarlar Ordeninin Prezidenti Vity Nsalambi mayın 22-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dayanıqlı inkişaf məqsədlərindən mənzillərə" adlı tədbirdə deyib.
"Eyni zamanda nəticələrin müsbət olması üçün digər maraqlı tərəflərin də bu sahəyə cəlb olunması vacibdir. Bunun üçün isə təhsilə yenidən baxmaq lazımdır. Bu yalnız memarlıq təhsili deyil, ümumilikdə təfəkkürün dəyişməsi deməkdir", - deyə o qeyd edib.
Müxbir - Gülay Nəzərova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.