AZ

Raul Kastroya qarşı ittiham dünya gündəmini silkələdi

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-nin Kuba inqilabının liderlərindən olan 94 yaşlı Raul Kastroya qarşı “qətl” ittihamı ilə iddianamə hazırlaması beynəlxalq reaksiyalara səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, Kuba Prezidenti Migel Dias-Kanel iddianaməni “siyasi şou” və “hərbi təcavüz üçün zəmin hazırlamaq cəhdi” adlandırıb. Dias-Kanel ittihamların “hüquqi əsasdan məhrum siyasi manevr” olduğunu bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Ciakun isə ABŞ-nin “hər fürsətdə güc təhdidinə əl atmağı dayandırmalı olduğunu” deyərək, Pekinin “Kubanı qətiyyətlə dəstəklədiyini” vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Vaşinqtonun addımını “kobud müdaxilə” və “yenidən dirçəldilən Monro Doktrinasının kinayəli təzahürü” kimi qiymətləndirib. Zaxarova Moskvanın Kuba xalqına dəstəyini davam etdirəcəyini bildirib.

ABŞ Ədliyyə Nazirliyi bir gün əvvəl Raul Kastro da daxil olmaqla, 6 nəfərə qarşı 1996-cı ildə ölkədən qaçanları daşıyan iki mülki təyyarənin vurulması və nəticədə 4 nəfərin ölümü ilə bağlı 4 ayrı maddə üzrə ittiham irəli sürmüşdü. Həmin dövrdə Raul Kastro Silahlı Qüvvələr naziri vəzifəsində çalışırdı.

ABŞ dövlət katibi Marko Rubio isə dünən yaydığı açıqlamada bildirib ki, “Prezident Tramp ABŞ ilə yeni Kuba arasında yeni yol təklif edir”.

Digər tərəfdən, ABŞ ilə Kuba arasındakı gərginlik davam etdiyi bir vaxtda Vaşinqton administrasiyası “USS Nimitz (CVN-68)” təyyarədaşıyan gəmisinin Karib hövzəsinə yerləşdirildiyini açıqlayıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr