AZ

BMT nümayəndəsi: Afrikada şəhərsalma artıq uzaq bir tendensiya deyil, sürətlənən bir reallıqdır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 may, AZƏRTAC

Efiopiya və Keniyada təşkil olunmuş birinci və ikinci Afrika Şəhərsalma Forumları qitə miqyasında mühüm tarixi nəticələr verib. Qarşıda duran vəzifə artıq hədəfimizi müəyyənləşdirmək deyil, onun icrasını təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Afrika üzrə İqtisadi Komissiyasının İdarəetmə və İnsan Hüquqları Bölməsinin rəhbəri Issaka Garba Abdo Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirdiyi “Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir” mövzusunda tədbirdə deyib.

O bildirib ki, Afrikada şəhərsalma artıq uzaq bir tendensiya deyil. Bu, hazırkı dövrdə sürətlənən bir reallıqdır. Şəhərlərimiz iqtisadi böyümənin hərəkətverici qüvvəsi, innovasiya mərkəzləri və vətəndaşlarımızın arzularının reallığa çevrildiyi bir məkandır. Buna baxmayaraq, onlar hələ də qeyri-formal məskunlaşma yerləri, infrastruktur çatışmazlığı, mənzil qıtlığı və iqlim həssaslığı kimi kəskin bərabərsizliklərlə xarakterizə olunmaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
azertag.az

3Mənbələr