AZ

Ahmed Baba: Dünyada qeyri qənaətbəxş mənzil şəraitində yaşayan insanların sayı 3,4 milyard nəfərə çatıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 may, AZƏRTAC

UN-Habitat-ın 2026-cı ilə olan məlumatlarına görə, dünyada qeyri-qənaətbəxş mənzil şəraitində yaşayan insanların sayı təxminən 3,4 milyard nəfərə çatıb. Bu göstəricinin 70 faizdən çoxunu isə Qlobal Cənub ölkələri təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nigeriyanın “Family Homes Funds Limited” şirkətinin idarəedici direktoru və baş icraçı direktorunun texniki müşaviri Ahmed Baba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, əvvəllər problemin əsas hissəsi daha çox Şərq regionlarında müşahidə olunsa da, Yaxın Şərqdə baş verən son böhranlar vəziyyətə ciddi təsir göstərib.

“Qeyri-qənaətbəxş mənzil şəraitində yaşayan əhalinin böyük əksəriyyəti Afrika qitəsinin payına düşür. Sürətli urbanizasiya, maliyyə resurslarının məhdudluğu və əlçatan mənzil siyasətinin zəifliyi Qlobal Cənub ölkələrində mənzil problemini daha da dərinləşdirir”,- deyə o əlavə edib.

Müxbir- Vüsalə Səfərova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
azertag.az

2Mənbələr