AZ

Paşinyan: Rusiyadan Ermənistana gül ixracı ilə bağlı vəziyyət adi iş prosesidir » AzadMedia.az


Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib ki, Rusiyadan Ermənistana gül ixracı ilə bağlı yaranan vəziyyət normal iş prosesidir.

Bu gündən etibarən Rusiyadan Ermənistana gül idxalına qoyulan məhdudiyyətlərin qeyri-adi hal olmadığını deyən Paşinyan qeyd edib ki, fitosanitar qaydalara uyğun olmayan məhsullara qarşı həmişə məhdudiyyətlər tətbiq olunub və bundan sonra da olunacaq.

Onun sözlərinə görə, son 8 ildə belə məhdudiyyətlər dəfələrlə, hətta onlarla dəfə tətbiq edilib. Baş nazir bildirib ki, problemlər yalnız fitosanitar sahədə deyil, başqa məhsullarla bağlı da yaranıb.

Paşinyan əlavə edib ki, bu məsələlər Avrasiya İqtisadi İttifaqı çərçivəsində keçirilən iclaslarda müzakirə olunur.

O həmçinin xatırladıb ki, hazırda Ermənistanda yoxlama aparmaq üçün Rusiya nümayəndə heyəti səfərdədir.

Baş nazir vəziyyəti “növbəti iş prosesi” kimi qiymətləndirib.
Seçilən
0
1
azadmedia.az

2Mənbələr