AZ

Jorje Jesus: Avropada heç bir klub mənim maaşımı ödəyə bilməz

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Portuqaliyalı məşqçi Jorje Jesus "Əl-Nəsr"in baş məşqçisi vəzifəsindən ayrıldıqdan sonra Braziliya millisinə qayıtmaq niyyətində deyil. Sport24.az xəbər verir ki, o, bu barədə "A Bola" qəzetinə açıqlama verib:

"Braziliyada mən yalnız "Flamenqo"da və ya millidə çalışa bilərəm. Keçən ilin yanvarında (Braziliya milli komandasından imtina etmək qərarına gəldim), buna peşman olduğumu deməyəcəyəm, amma o vaxt "Əl-Hilal"ın təklifini qəbul etdim. Çünki Klublararası Dünya Kubokuna getmək və Asiya Çempionlar Liqasını qazanmaq istəyirdim. Sonda heç birinə nail ola bilmədim. Amma həyatda verməli olduğumuz qərarlar bunlardır. Futbol mənim işimdir. Mən uduzmaqla yanaşı, əksər hallarda qalib gələn ehtiraslı məşqçiyəm. Layihələr bitəndə, adətən, indiki kimi, seçim etmək üçün bir neçə variantım olur. Avropada heç bir klub mənim maaşımı ödəyə bilməz". 

Qeyd edək ki, 71 yaşlı portuqaliyalı mütəxəssis 2019-cu ilin iyunundan 2020-ci ilin iyuluna qədər "Flamenqo"nu çalışdırıb. Onun rəhbərliyi altında komanda Braziliya çempionatını, Rio-de-Janeyro çempionatını və Libertadores kubokunu qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
sport24.az

1Mənbələr