AZ

La Liqada süni intellekt dövrü başlayır

style='margin-bottom:10px;'>

İspaniya futbolunda gələn mövsümdən etibarən hakimlərin fəaliyyətinin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq.

QOL.az “Marca” nəşrinə istinadən xəbər verir ki, bunu La Liqanın prezidenti Xavyer Tebas bildirib.

Onun sözlərinə görə, sistem iki əsas istiqamətdə tətbiq ediləcək. Birinci istiqamət hakimlərin işinin qiymətləndirilməsi olacaq: “Hazırda Hakimlər Texniki Komitəsi hər oyundan sonra hakimlərin fəaliyyətini müşahidəçilər vasitəsilə dəyərləndirir. Təxminən 30 müxtəlif meyar var və bunu insanlar edir. İndi isə süni intellektin köməyi ilə ən azı 40 faiz daha obyektiv qərar verə biləcəyimiz alət yaradırıq. Sistem bütün oyunları analiz edəcək və hakimin hansı qərarlarda haqlı olduğunu göstərəcək”.

La Liqa rəhbəri əlavə edib ki, süni intellekt hakim təyinatlarında da köməkçi rol oynayacaq. Sistem hər oyun üçün müəyyən parametrlərə əsasən 2-3 hakim namizədi təqdim edəcək, yekun qərarı isə yenə insanlar verəcək.

Qeyd olunur ki, süni intellekt hakimləri özü təyin etməyəcək, yalnız tövsiyə xarakterli seçimlər edəcək.

Seçilən
16
teleqraf.com

1Mənbələr