ain.az, Unikal.az portalına istinadən məlumat verir.
Mərkəzi Amerika ölkəsi olan Hondurasda mütəşəkkil cinayətkar qruplar tərəfindən törədilən iki ayrı hücumda 24 nəfər həlak olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimalındakı Trujillo bölgəsində kənd təsərrüfatı işçilərinə silahlı şəxslər hücum edib. Eyni zamanda, Qvatemala sərhədi yaxınlığındakı Omoa bölgəsində polis karvanı pusquya salınıb.
Hücum nəticəsində 6-sı polis olmaqla 24 nəfər həyatını itirib.
Ölkənin təhlükəsizlik naziri Gerzon Velaskez hücumun uzun lüləli silahlarla həyata keçirildiyini bildirib. Hadisəni "dəhşətli" adlandıran Velaskez bildirib ki, bölgə illərdir narkotik qaçaqmalçılığı dəstələri və kənd təsərrüfatı torpaqları uğrunda münaqişələr səbəbindən böyük risk altındadır.
Qeyd etmək lazımdır ki, hücumlar Honduras Konqresinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində yeni təhlükəsizlik islahatlarını təsdiqlədiyi həftə baş verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.