Bakı, 22 may, AZƏRTAC
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzulu tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə münaqişədən sonra şəhərlərin təhlükəsiz və davamlı şəkildə yenidən qurulması, humanitar mina fəaliyyəti, infrastrukturun inkişafı və icmaların geri qayıtması yolları müzakirə olunacaq.