AZ

ABŞ İrana qarşı əməliyyatlarda "MQ-9 Reaper" dronlarının 20 faizini itirib

ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı özünün "MQ-9 Reaper" ağır kəşfiyyat-zərbə pilotsuz uçuş aparatları (PUA) arsenalının təxminən beşdə bir hissəsini itirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, fevral ayının sonlarında döyüşlərin başlamasından etibarən İran 20-dən çox "MQ-9 Reaper" məhv edib ki, bu da Pentaqonun müharibədən əvvəlki ehtiyatlarının az qala 20 faizinə bərabərdir. Nəşr bildirir ki, bir dronun dəyəri 30 milyon dollar civarındadır.

Həmin PUA-lar güclü sensorlar və kameralarla təchiz olunub, həmçinin "Hellfire" raketləri və JDAM (Joint Direct Attack Munition) aviabombalarını daşıya bilir. Agentliyin məlumatlarına əsasən, zədələnərək istismardan çıxarılan aparatları da nəzərə alsaq, ABŞ 30-a qədər "MQ-9 Reaper" dronunu itirmiş sayıla bilər. "Bloomberg"in hesablamalarına görə, ümumi maddi zərərin məbləği 1 milyard dollar civarındadır.

ABŞ-nin məlumatlı rəsmi şəxsinə istinad edən "The Washington Post" qəzeti isə bildirir ki, Pentaqon hərbi əməliyyatlar dövründə İsraili İranın hücumlarından qorumaq məqsədilə THAAD komplekslərinin raket arsenalının yarısını istifadə edib. Mənbənin sözlərinə görə, Birləşmiş Ştatların Silahlı Qüvvələri İsrailin müdafiəsi üçün 100-dən çox SM-3 və SM-6 raketindən istifadə edib. İsrail isə öz növbəsində 100-dən az "Arrow" və 90-a yaxın "David Sling" sisteminin raketini tətbiq edib.

"Cebheinfo.az"

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr