AZ

Hollivud İrandakı xilasetmə əməliyyatı barədə film çəkir

Hollivud ABŞ ordusunun İranda həyata keçirdiyi xilasetmə əməliyyatı ilə bağlı bədii film layihəsi üzərində işləyir.

Publika.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusu aprel ayında İranda qəzaya uğrayan F-15 qırıcı təyyarəsinin heyətini xilas etmək üçün mürəkkəb əməliyyat keçirib. Məşhur Hollivud rejissoru Maykl Bey məhz bu hadisə ilə bağlı film çəkəcək.

Layihənin jurnalist və yazıçı Mitçell Zukoffun yaxın zamanda yayımlanacaq kitabı əsasında hazırlanacağı bildirilir. Filmin buraxılış tarixi hələ açıqlanmayıb, lakin 2027-ci ilin sonuna qədər yayımlanmasının gözlənilmədiyi qeyd olunub.

Seçilən
15
publika.az

1Mənbələr