“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2025-ci ildə də yeganə sahibi olan xanıma dividend ayırmasını davam etdirib.
Banker.az xəbər verir ki, investisiya şirkəti səhmdarına keçən ilin mənfəətindən 744 min manat üzərində dividend ayırıb.
Beləliklə, son beş il ərzində səhmdara ümumilikdə 3 milyon 475 min manat dividend ayırıb. Belə ki, 2021-ci ilin yekununa görə 410 min manat və 2022-ci il üçün avans olaraq 480 000 manat dividend ayrılıb, 2023-cü ildə 2022-ci ilin qalıq mənfəətindən 781 min manat, 2024-cü ildə şirkət tarixinin ən yüksək dividend ödənişi olan 1 milyon 60 min manat olub.
021-ci ildə şirkət ili 433 min manat xalis mənfəətlə başa vurub, 2022-ci ildə mənfəət təxminən 3 dəfə artaraq 1 milyon 261 min manata yüksəlib, 2023-cü ildə şirkət tarixinin ən yüksək mənfəətliliyinə çataraq 1 milyon 642 min manat olub, 2024-cü ildə durğunluq dövrü ilə xalis mənfəət kəskin şəkildə təxminən 90% azalaraq 168 min manata düşüb, 2025-ci ildə isə şirkət yenidən bərpa olaraq ili 1 milyon 111 min manat xalis mənfəətlə tamamlayıb.
Hazırda balansında 1 milyon 110 min manat bölüşdürülməmiş mənfəət var.
Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 800 min manat nizamnamə kapitalı var. Onun səhmlərinin 100% payla Kəmalə Məmmədova adlı fiziki şəxs sahiblik edir.