AZ

Azərbaycan nefti bahalaşıb

Şimal dənizində hasil edilən Dated Brent markalı neftin qiyməti 1,71% artaraq bir barel üçün 111,71 dollara yüksəlib.


Bazar iştirakçıları arasında bahalaşma Azərbaycan neftinin də qiymətinə təsir edib. İtaliyanın Augusta Port limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,82 dollar və ya 1,62% artaraq bir barel üçün 114,14 dollar təşkil edib.
Türkiyənin Port of Ceyhan limanında “Azeri Light” neftinin FOB bazasında bir barelinin qiyməti isə 1,85 dollar və ya 1,68% bahalaşaraq 111,82 dollara çatıb.


“URALS” markalı xam neftin qiyməti də artım nümayiş etdirərək 1,49 dollar və ya 1,69% yüksələrək bir barel üçün 89,52 dollar olub.


Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb

Seçilən
53
27
anews.az

10Mənbələr