AZ

Gözəllik kraliçası Kannda hücuma məruz qaldı - VİDEO

Kann Film Festivalı çərçivəsində venesuelalı model və gözəllik kraliçası Andrea del Val hotel otağında hücuma məruz qaldığını açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, model bildirib ki, insident məşhur stilist Civanni Laquna ilə baş verib.

O, sosial şəbəkələrdə paylaşdığı açıqlamada mübahisənin qısa müddətdə fiziki qarşıdurmaya çevrildiyini, nəticədə Laqunanın ona qayçı ilə üz nahiyəsindən xəsarət yetirdiyini deyib.

Del Val hadisədən sonra qan içində olan üzünün və dağıdılmış hotel otağının görüntülərini paylaşaraq, “Civanni Laquna mənə bunu etdi” sözləri ilə ictimaiyyətə müraciət edib.

Məlumata görə, insidentdən sonra hotel əməkdaşları tərəfindən polisə məlumat verilib və hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. İlkin iddialara əsasən, Civanni Laquna nəzarətə alınıb.

29 yaşlı model xəstəxanaya yerləşdirilib və ilkin tibbi müdaxilədən sonra vəziyyətinin stabil olduğu bildirilib. Həkimlər onun həyati təhlükəsinin olmadığını qeyd ediblər.

Kann Film Festivalı zamanı baş verən bu insidentin hansı səbəbdən yarandığı hələlik tam aydın deyil. Fransa hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmanı davam etdirir.

"Cebheinfo.az"

Seçilən
21
3
cebheinfo.az

4Mənbələr